“Neftçi” Sumqayıtda məğlub oldu

4 fevral 2024, 18:00

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 21-ci turda “Sumqayıt”a məğlub olub – 1:2. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda komandamızın qolunu 90+7-ci dəqiqədə penaltidən Filip Ozobiç vurub. Rəqibin heyətində isə Kasimir Ninqa (8-ci və 37-ci dəqiqələr) fərqlənib.

Qeyd edək ki, “Neftçi” hazırda 21 oyundan 32 xalla turnir cədvəlində 3-cü yeri tutur.