“Sumqayıt” – “Neftçi” matçını Elçin Məsiyev idarə edəcək

4 fevral 2024, 13:18

Misli Premyer Liqasında 21-ci turun təyinatları açıqlanıb. “Sumqayıt” – “Neftçi” matçının baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək. VAR hakimi Rauf Allahverdiyev, VAR hakiminin köməkçisi Müslüm Əliyev, hakim-inspektor Barış Şimşek, AFFA nümayəndəsi Elçin Mehtiyev olacaq.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyunu bu gün saat 15:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.