Qadınlardan ibarət komandamıza yeni baş məşqçi təyin olunub
“Neftçi” PFK-nın qadınlardan ibarət komandasına yeni baş məşqçi təyin olunub. Hazırda qadınlardan ibarət Azərbaycan milli komandasını da çalışdıran Siyasət Əsgərovla mövsümün sonunadək müqavilə bağlanıb.
Siyasət Əsgərov məşqçilik fəaliyyətinə 2007-ci ildə MOİK-in əvəzedici heyətində köməkçi məşqçi kimi başlayıb. 2008-2009-cu illərdə MOİK-də baş məşqçi, 2009-2010-cu illərdə MOİK-in əvəzedici heyətində baş məşqçi, 2010-2012-ci illərdə 17 yaşadək qızlardan ibarət milli komandada məşqçi kimi çalışıb. 2013-cü ildən etibarən 19 yaşadək qızlardan ibarət milli komandada məşqçi, 17 yaşadək qızlardan ibarət milli komandada baş məşqçi, 15 yaşadək qızlardan ibarət milli komandada isə məşqçi kimi fəaliyyət göstərir.
Qeyd edək ki, Siyasət Əsgərov “Neftçi” PFK ilə yanaşı eyni zamanda qadınlardan ibarət Azərbaycan milli komandasında da baş məşqçi olaraq fəaliyyətini davam etdirəcək.
Tövsiyə olunur
-
Qadınlardan ibarət komandamız üçün seminar keçirilib
Klub 15 noyabr 2024, 12:46 -
Zəfər Günümüz mübarək!
Klub 8 noyabr 2024, 00:00 -
“Esports Events Azerbaijan” və “Neftçi” PFK əməkdaşlığını elan edirik!
Klub 30 oktyabr 2024, 16:08 -
“D’S damat” “Neftçi” PFK-nın rəsmi moda sponsoru oldu!
Klub 23 oktyabr 2024, 16:25