“Neftçi” PFK daha bir ilkə imza atır

1 fevral 2024, 20:00

“Neftçi” PFK Azərbaycan futbolu tarixində daha bir ilkə imza atır. Klub “Top səndə” layihəsini pilot çərçivədə həyata keçirəcək.

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində fevralın 9-da “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Sumqayıt” matçında komandamızın ilk qolunun müəllifinin rəqib qapısından keçirdiyi top qolu vuran futbolçumuz tərəfindən imzalanacaq və klubun stadionda yerləşən fan mağazasında satışa çıxarılacaq. Satışdan əldə olunan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.