“Sumqayıt”la ilk oyunda qələbə qazandıq

31 yanvar 2024, 22:00

“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində ilk oyununu keçirib. “Flaqman” “Kapital Bank Arena”da “Sumqayıt”a 3:2 hesabı ilə qalib gəlib. Komandamızın qollarını Yeqor Boqomolski (29-cu dəqiqə) və Emin Mahmudov (44-cü və 45+2-ci dəqiqələr) vurublar. Rəqibin heyətində isə Elvin Bədəlov (60-cı dəqiqə) və Kasimir Ninqa (89-cu dəqiqə) fərqləniblər.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı fevralın 9-u saat 19:00-da “Neftçi Arena”da baş tutacaq.