“Qəbələ” ilə matçın hazırlığı başa çatdı

27 yanvar 2024, 18:25

“Neftçi” Misli Premyer Liqasının 20-ci turunda qarşılaşacağı “Qəbələ” ilə oyunöncəsi son məşqə çıxıb. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində hazırlaşıb. Məşqdə əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, yanvarın 28-də “Neftçi Arena”da keçiriləcək oyun saat 17:30-da başlanacaq.