“Neftçi-2” qələbə ilə başladı

22 yanvar 2024, 17:00

“Neftçi-2” Əvəzedicilər Liqasında mövsümün ikinci hissəsinə qələbə ilə başlayıb. “Ağ-qaralar” 19-cu turda “Sabah-2”ni 3:1 hesabı ilə məğlub edib. “ASK Arena”da baş tutan matçda komandamızın qollarını Bahadur Quliyev (27-ci dəqiqə), İbrahim Novruzov (65-ci dəqiqə) və Elcan Əbilov (78-ci dəqiqə) vurublar. Rəqibin heyətində isə Nicat Quliyev (87-ci dəqiqə) fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” 19 oyundan 49 xalla turnir cədvəlində vahid liderdir.