İki futbolçumuz icarəyə verilib

19 yanvar 2024, 22:45

Gənc futbolçularımız – İsmayıl Zülfüqarlı və Fərid Yusifli mövsümün sonunadək icarə əsasında “Turan Tovuz”da oynayacaqlar. Hər ikisinə uğurlar arzulayırıq.

Qeyd edək ki, Zülfüqarlı bu mövsüm 9, Yusifli isə 2 rəsmi oyunda meydana çıxıb.