“Neftçi” təlim-məşq toplanışını başa vurdu

13 yanvar 2024, 18:20

“Neftçi” qış təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. “Ağ-qaralar” Almaniyanın “Valdhof” klubu ilə qarşılaşıb. “Gloria Sport Arena”da baş tutan matçda komandamız məğlub olub – 0:3. Qolları Kevin Qoden (9-cu dəqiqə), Bentli Bakster Ban (36-cı dəqiqə) və Yezaya Herman (76-cı dəqiqə) vurublar.

Qeyd edək ki, bununla da Türkiyənin Antalya şəhərindəki Belek bölgəsində toplanışı başa vuran “Neftçi” sabah Bakıya qayıdacaq.