“Neftçi” Türkiyə toplanışını davam etdirir

10 yanvar 2024, 22:00

Türkiyənin Antalya şəhərində olan “Neftçi” qış təlim-məşq toplanışını davam etdirir. Belek bölgəsindəki “Gloria Sports Arena”da məskunlaşan “Flaqman” bu gün növbəti məşqə çıxıb. Müalicə olunan Qara Qarayev, Reziuan Mirzov və Fələstin milli komandasının düşərgəsində olan Ataa Caberdən başqa bütün futbolçuların iştirak etdiyi məşqdə əsasən toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, toplanış çərçivəsində ilk yoxlama oyununu yanvarın 6-da Türkiyənin “Erzurumspor” klubuna (1:3) qarşı keçirən “Neftçi” ayın 13-də ikinci sınaq matçına çıxacaq. Bakı vaxtı ilə saat 16:00-da Almaniyanın “Valdhof” klubu ilə qarşılaşacaq “ağ-qaralar” ertəsi günü Bakıya qayıdacaq.