“Neftçi” PFK-nın məlumatı

10 yanvar 2024, 17:51

Türkiyənin Antalya şəhərindəki Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin 2-ci yoxlama matçındakı rəqibi müəyyənləşib. Komandamızın rəqibi Almaniya 3-cü liqa təmsilçisi “Sportverein Waldhof” klubu olacaq. Matç yanvarın 13-ü Bakı vaxtı ilə saat 16:00-da “Gloria Sports Arena”da keçiriləcək.