“Neftçi” ilk yoxlama oyununu keçirib

6 yanvar 2024, 20:30

“Neftçi” qış təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. “Ağ-qaralar” Türkiyənin “Erzurumspor” klubu ilə qarşılaşıb. Komandamız “Gloria Sports Arena”da baş tutan matçın 10-cu dəqiqəsində Rəhman Hacıyevin vurduğu qolla hesabı açsa da, fasilədən sonra qapısından 3 top buraxıb. Rəqibin qollarını Eren Tozlu (58-ci dəqiqə – pen.), Muhammed Furkan Özhan (76-cı dəqiqə) və Özgür Sert (79-cu dəqiqə) vurublar.

Qeyd edək ki, yanvarın 14-dək Türkiyənin Antalya şəhərindəki Belek bölgəsində davam edəcək toplanış çərçivəsində daha bir sınaq matçı ayın 13-nə nəzərdə tutulub.