“Neftçi” Türkiyə toplanışına start verdi

4 yanvar 2024, 20:42

“Neftçi” Türkiyənin Antalya şəhərinin Belek bölgəsində qış təlim-məşq toplanışına start verib. “Gloria Sports Arena”da keçirilən və baş məşqçi Miodraq Bojoviçin rəhbərliyi altında baş tutan ilk məşq günündə bir müddətdir zədəli olan Qara Qarayev və Fərid Yusifli fərdi olaraq hazırlıq keçiblər. Misli Premyer Liqasının 18-ci turunda “Kəpəz”lə oyunda zədələnən Reziuan Mirzov hələlik müalicəsini davam etdirir. Komandamızın daha 3 üzvü – Klian Lebon, Andre Şinyaşiki və Yuri Matias isə toplanışın növbəti günlərində komandaya qoşulacaqlar.

Qeyd edək ki, “Neftçi” yanvarın 14-dək davam edəcək toplanış çərçivəsində ilk yoxlama oyununu ayın 6-da Türkiyənin “Erzurumspor” klubuna qarşı keçirəcək. Yanvarın 13-nə nəzərdə tutulan digər sınaq matçındakı rəqibimiz isə müəyyənləşməyib.