“Neftçi” Futbol Akademiyasında seleksiya məşqləri olacaq

4 yanvar 2024, 14:00

“Neftçi” Futbol Akademiyasında seleksiya məşqlərinə start veriləcək. Bakıxanov qəsəbəsindəki “Neftçi” Futbol Mərkəzində təşkil olunacaq seçimlər yanvarın 8-dən 12-dək keçiriləcək.

Təvəllüd və tarix:

2005-2006-cı il təvəllüdlülər arasında (U-19): 8-10 yanvar, saat 14:00

2007-ci il təvəllüdlülər arasında (U-17): 8-10 yanvar, saat 20:00

2008-ci il təvəllüdlülər arasında (U-16): 8-12 yanvar, saat 17:00

2009-cu il təvəllüdlülər arasında (U-15): 8-12 yanvar, saat 18:30

2010-cu il təvəllüdlülər arasında (U-14): 8-12 yanvar, saat 15:30

2011-ci il təvəllüdlülər arasında (U-13): 8, 12 yanvar, saat 19:30; 9, 11 yanvar, saat 18:45

2012-ci il təvəllüdlülər arasında (U-12): 8, 12 yanvar, saat 18:15; 9 yanvar, saat 17:15; 10 yanvar, saat 19:30

2013-cü il təvəllüdlülər arasında (U-11): 8, 11, 12 yanvar, saat 17:00; 10 yanvar, saat 18:00

2014-cü il təvəllüdlülər arasında (U-10): 9, 11 yanvar, saat 16:00

2015-ci il təvəllüdlülər arasında (U-9): 8, 12 yanvar, saat 16:00; 10 yanvar, saat 17:00

2016-cı il təvəllüdlülər arasında (U-8): 8, 12 yanvar, saat 16:00; 10 yanvar, saat 17:00

Seçimlərdə iştirak edəcək şəxslərin doğum haqda şəhadətnaməsi tələb olunacaq. Ətraflı məlumat üçün əlaqə nömrəsi: +994 50 202 11 20 (həftəiçi 10:00-18:00, yalnız zənglərə cavab verilir)