Fərrux Mahmudovun bayram təbriki

31 dekabr 2023, 13:14

“Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov bayram təbrikini klubun rəsmi saytı ilə bölüşüb:

“Kollektivimizi, azarkeşlərimizi, “Neftçi” ailəsinin hər bir üzvünü, xalqımızı Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəliyi Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Xalqımıza xoş və firavan həyat arzulayıram. Bayramınız mübarək!”