“Neftçi” PFK-nın bəyanatı

28 dekabr 2023, 15:20

Son vaxtlar mediada futbolçularımızın başqa komandalara transfer olunacağı və ya icarəyə veriləcəyi haqqında xəbərlər yayılır. “Neftçi” PFK olaraq bəyan edirik ki, bu cür xəbərlər həqiqəti əks etdirmir. Buna görə də media nümayəndələrindən bu cür xəbərləri dərc etməzdən əvvəl klubun mətbuat xidməti ilə dəqiqləşdirməyi tələb edirik. Əks halda, bu xəbərlərin şayiədən başqa heç bir əsası olmayacaq və sizin media orqanının nüfuzuna xələl gətirə bilər. Qış transfer dönəmində hər hansı futbolçumuz başqa komandaya transfer olunanda və ya icarəyə veriləndə, bu haqda xəbəri rəsmi olaraq klubun mətbuat xidmətindən əldə edə biləcəksiniz.