“Neftçi” Futbol Akademiyasında seleksiya məşqləri olacaq

26 dekabr 2023, 17:00

“Neftçi” Futbol Akademiyasında seleksiya məşqləri olacaq. Bakıxanov qəsəbəsindəki “Neftçi” Futbol Mərkəzində təşkil olunacaq seçimlər yanvarın 8-dən 10-dək 2006 və 2007-ci il, 12-dək isə 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015 və 2016-cı il təvəllüdlülər arasında keçiriləcək.

Qeyd edək ki, seleksiya məşqlərinin saatları haqda daha sonra məlumat veriləcək. Seçimlərdə iştirak edəcək şəxslərin doğum haqda şəhadətnaməsi tələb olunacaq. Əlavə məlumat üçün həftəiçi saat 10:00-dan 18:00-dək +994 50 202 11 20 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.