“Neftçi-2” qış fasiləsinə böyükhesablı qələbə ilə yollandı

25 dekabr 2023, 18:00

“Neftçi-2” Əvəzedicilər Liqasında böyükhesablı qələbə qazanıb. “Ağ-qaralar” 18-ci turda “Kəpəz-2”yə 4:0 hesabı ilə qalib gəlib. “Neftçi” Futbol Mərkəzində keçirilən matçda Elcan Əbilov dubla imza atıb. Komandamızın digər qollarını Aşqin Abazərov və İbrahim Novruzov vurublar.

Qeyd edək ki, 18 turdan sonra ən yaxın izləyicisini 7 xal geridə qoyan “Neftçi-2” 46 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.