2023-cü ili qələbə ilə başa vurduq

24 dekabr 2023, 20:10

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Flaqman” 18-ci turda “Kəpəz”lə qarşılaşıb. “Neftçi Arena”da baş tutan ilin son matçında komandamız 2:0 hesabı ilə qalib gəlib. Qolları Azər Salahlı (8-ci dəqiqə) və Andre Şinyaşiki (71-ci dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi” 18 oyundan 28 xalla turnir cədvəlində 3-cü pilləyə yüksəlib.