“Neftçi" PFK-ya yeni baş məşqçi təyin olundu

24 dekabr 2023, 19:15

“Neftçi” PFK monteneqrolu mütəxəssis Miodraq Bojoviç ilə müqavilə imzalayıb. “UEFA Pro” lisenziyalı məşqçi 1968-ci ildə Monteneqronun (YİR) Moykovas şəhərində anadan olub. Futbolçu karyerasını tamamladıqdan sonra Serbiyanın “Boras” klubunda məşqçilik karyerasına başlayıb. 20 illik məşqçilik təcrübəsinə malik mütəxəssis bu illər ərzində Serbiya çempionu, Rusiya kubokunun qalibi və finalçısı olub.

Karyerası ərzində "Dinamo" (Moskva), "Lokomotiv" (Moskva) və "Srvena Zvezda" kimi komandaların baş məşqçisi olub. M.Bojoviçin “Neftçi” PFK-dan öncəki son iş yeri isə Rusiyanın "Arsenal" (Tula) klubudur.

Mütəxəssis komandamızla yanvar ayında Türkiyənin Antalya şəhərində baş tutacaq təlim-məşq toplanışına qatılacaq.