“Neftçi” – “Kəpəz” matçına Fərid Hacıyev təyin olundu

24 dekabr 2023, 13:24

Misli Premyer Liqasında 18-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Kəpəz” matçının baş hakimi Fərid Hacıyev olacaq. Ona Rahil Ramazanov və Şirmamed Mamedov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək. VAR hakimi Əliyar Ağayev, VAR hakiminin köməkçisi Zeynal Zeynalov, hakim-inspektor Ceyhun Haşımov, AFFA nümayəndəsi Elçin Məmmədov olacaq.

Qeyd edək ki, “Neftçi” – “Kəpəz” oyunu bu gün saat 16:00-da “Neftçi Arena”da keçiriləcək.