“Kəpəz”lə oyunun hazırlığı yekunlaşdı

23 dekabr 2023, 19:15

“Neftçi” Misli Premyer Liqasının 18-ci turunda qarşılaşacağı “Kəpəz”lə oyunöncəsi son məşqə çıxıb. “Flaqman” bu gün “Neftçi” Futbol Mərkəzində hazırlaşıb. Məşqdə əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, dekabrın 24-ü “Neftçi Arena”da keçiriləcək oyun saat 16:00-da başlanacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.