“Neftçi” PFK-nın stajlı əməkdaşları təltif olunub

22 dekabr 2023, 11:00

“Neftçi” PFK-nın stajlı əməkdaşlarının təltifetmə mərasimi keçirilib. “Neftçi Arena”nın konfrans zalında təşkil olunan tədbirdə klubun baş icraçı direktoru Fərrux Mahmudov qocaman işçiləri təbrik edib, onların hər birinin “Neftçi” üçün dəyərli olduğunu bildirərək minnətdarlıq ifadə edib. Hər bir stajlı əməkdaşa təltifnamə təqdim olunub.