“Neftçi” 1/4 finalda!

21 dekabr 2023, 21:00

“Neftçi” Azərbaycan Kubokunda 1/8 final oyununa çıxıb. “Flaqman” “Qaradağ Lökbatan”la qarşılaşıb. “Neftçi Arena”da 4:0 hesabı ilə qalib gələn komandamız növbəti mərhələyə adlayıb. Qolları Aaron Olanare (23-cü dəqiqə – pen.), Yeqor Boqomolski (77-ci dəqiqə) və Andre Şinyaşiki (80-ci dəqiqə) vurublar. 72-ci dəqiqədə isə Murad Qayalı avtoqol müəllifi olub.

Qeyd edək ki, “Neftçi” yanvarın 30-31-də və fevralın 6-7-də keçiriləcək 1/4 final matçlarında “Sumqayıt”la qarşılaşacaq.