Kubok oyunumuzu Kamran Əliyev idarə edəcək

21 dekabr 2023, 13:24

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin təyinatları açıqlanıb. “Neftçi” – “Qaradağ Lökbatan” matçının baş hakimi Kamran Əliyev olacaq. Ona Elşad Abdullayev və Teymur Teymurov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək. VAR hakimi Rəvan Həmzəzadə, VAR hakiminin köməkçisi Eyyub İbrahimov, hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi Azər Əsgərov olacaq.

Qeyd edək ki, “Neftçi” – “Qaradağ Lökbatan” oyunu bu gün saat 18:00-da “Neftçi Arena”da keçiriləcək.