Əvəzedicilərimiz “Qarabağ-2”ni məğlub etdi

19 dekabr 2023, 16:47

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti qələbəsini qazanıb. “Ağ-qaralar” 17-ci turda “Qarabağ-2”ni 2:1 hesabı ilə məğlub edib. Binə qəsəbə stadionunda baş tutan matçda komandamızın qollarını Aşqin Abazərov (39-cu dəqiqə) və Ağadadaş Salyanski (90-cı dəqiqə) vurublar. Rəqibin heyətində isə Emil Binyətzadə (55-ci dəqiqə) fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” 17 oyundan 43 xalla vahid liderdir.