“Neftçi” “Qarabağ”a məğlub oldu

18 dekabr 2023, 22:32

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 17-ci turda “Qarabağ”la qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda komandamız 0:2 hesabı ilə məğlub olub. Qolları Yassin Benzia (71-ci dəqiqə) və Hamidu Keyta (90+2-ci dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi” 17 oyundan 25 xalla turnir cədvəlində 5-ci yeri tutur.