“Qarabağ” – “Neftçi” matçını Rəvan Həmzəzadə idarə edəcək

18 dekabr 2023, 14:17

Misli Premyer Liqasında 17-ci turun təyinatları açıqlanıb. “Qarabağ” – “Neftçi” matçının baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Kamran Bayramov, hakim-inspektor Rəhim Həsənov, AFFA nümayəndəsi Seymur Səlimli olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionu keçiriləcək.