“Qarabağ”la oyuna hazırlıq davam edir

15 dekabr 2023, 17:00

“Neftçi” Misli Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını davam etdirir. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıb. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.

Qeyd edək ki, dekabrın 18-i saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Neftçi” qarşılaşması “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.