“Neftçi” PFK-nın məlumatı

14 dekabr 2023, 21:45

Futbolçumuz Kenni Sayef şəxsi səbəblərə görə “Neftçi” PFK-dakı karyerasını başa vurmalı olub. İsrail əsilli futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq!

Qeyd edək ki, 2022-ci ilin yayında transfer olunmuş Sayef “Neftçi”nin heyətində 59 oyuna çıxıb, 10 qola imza atıb.