“Neftçi-2” əzmkar qələbə qazandı

11 dekabr 2023, 17:43

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti qələbəsini qazanıb. “Ağ-qaralar” 16-cı turda “Turan Tovuz-2”ni 2:1 hesabı ilə məğlub edib. “Neftçi” Futbol Mərkəzində baş tutan matçın 19-cu dəqiqəsində qonaqların üzvü Sadiq Şəfiyev penalti ilə hesabı açıb. Lakin hücumlarını davam etdirən komandamız Bahadur Quliyev (27-ci dəqiqə) və Həbib İsmayılovun (37-ci dəqiqə) vurduğu qollarla qalib gəlib.

Qeyd edək ki, “Neftçi-2” 16 oyundan 40 xalla liderliyini davam etdirir.