“Neftçi” qalib gəlib 3-cü pilləyə yüksəldi

10 dekabr 2023, 20:59

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununa çıxıb. “Ağ-qaralar” 16-cı turda “Turan Tovuz”la qarşılaşıb. “Neftçi Arena”da keçirilən matçda komandamız 3:2 hesabı ilə qalib gəlib. “Flaqman”ın qollarını Filip Ozobiç (5-ci dəqiqə), Rəhman Hacıyev (56-cı dəqiqə) və Aaron Olanare (73-cü dəqiqə) vurublar. Rəqibin heyətində isə Roderik Miller (8-ci dəqiqə) və Otto Con (59-cu dəqiqə) fərqləniblər.

Qeyd edək ki, “Neftçi” 16 oyundan 25 xalla turnir cədvəlində 3-cü pilləyə yüksəlib.