“Turan Tovuz”la oyuna Əliyar Ağayev təyin olundu

10 dekabr 2023, 13:58

Misli Premyer Liqasında 16-cı turun təyinatları açıqlanıb. “Neftçi” – “Turan Tovuz” oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək. VAR hakimi Rauf Cabarov, VAR hakiminin köməkçisi Rəşad Əhmədov, hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi Seymur Səlimli olacaq.

Qeyd edək ki, “Neftçi” – “Turan Tovuz” oyunu bu gün saat 18:00-da “Neftçi Arena”da keçiriləcək.