Əvəzedicilərimizdən əzmkar qələbə

4 dekabr 2023, 18:26

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti oyununu keçirib. Komandamız 15-ci turda “Zirə-2”ni 3:1 hesabı ilə məğlub edib. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan görüşün 24-cü dəqiqəsində meydan sahiblərinin üzvü Elmar Rəhimov penalti ilə hesabı açıb. Buna baxmayaraq, hücumlarını davam etdirən “ağ-qaralar” Bahadur Quliyev (35-ci dəqiqə), İsmayıl Zülfüqarlı (56-cı dəqiqə) və Ağadadaş Salyanskinin (72-ci dəqiqə) vurduğu qollarla qələbə qazanıb.

Qeyd edək ki, 15 matçdan 37 xal toplayan “Neftçi-2” liderliyini davam etdirir.