“Neftçi” “Zirə”ni məğlub etdi

3 dekabr 2023, 19:45

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 15-ci turda “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib. Qələbə qoluna “Neftçi Arena”da baş tutan matçın 60-cı dəqiqəsində Rəhman Hacıyev imza atıb.

Qeyd edək ki, “Neftçi” 15 oyundan 22 xalla turnir cədvəlində 6-cı yeri tutur.