“Zirə” ilə oyunu İnqilab Məmmədov idarə edəcək

3 dekabr 2023, 15:53

Misli Premyer Liqasında 15-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Zirə” oyununun baş hakimi İnqilab Məmmədov olacaq. Ona Kamran Bayramov və Rahil Ramazanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək. VAR hakimi Fərid Hacıyev, VAR hakiminin köməkçisi Vüsal Məmmədov, hakim-inspektor Barış Şimşek, AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.

Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu bu gün saat 17:00-da “Neftçi Arena”da keçiriləcək.