“Neftçi-2”dən 8:0 hesablı qələbə!

27 noyabr 2023, 17:47

“Neftçi-2” Əvəzedicilər Liqasında böyükhesablı qələbə qazanıb. Komandamız 14-cü turda “Araz-Naxçıvan-2”nin qapısından 8 cavabsız top keçirib. “Neftçi” Futbol Mərkəzində baş tutan görüşdə Ağadadaş Salyanski 5 qola imza atıb. Digər qolları Bahadur Quliyev, İbrahim Novruzov və Murad Məmmədov vurublar.

Qeyd edək ki, 14 matçdan 34 xal toplayan “Neftçi-2” liderliyini davam etdirir.