“Araz-Naxçıvan”la oyunun biletləri satışa çıxarıldı

23 noyabr 2023, 11:34

Misli Premyer Liqasının 14-cü turu çərçivəsində noyabrın 26-sı saat 15:30-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb. Qiyməti 2 (1A, 1B, 2A, 2B, 4A, 5A), 5 (3B), 10 (3A) və 15 (VIP) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-araz-naxcivan-pfk/105183

“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 10:00-dan etibarən satışda olacaq.