“Neftçi”nin futbolçusunun iştirakı ilə mətbuat konfransı
“Neftçi” və “Zenit” (Sankt-Peterburq, Rusiya) klubları arasında noyabrın 18-i saat 21:00-da “Neftçi Arena”da keçiriləcək yoldaşlıq oyunu ilə bağlı mətbuat konfransı təşkil olunacaq. Noyabrın 15-i saat 12:00-dan etibarən eyni məkanda baş tutacaq tədbirdə rusiyalı futbolçu Reziuan Mirzov media nümayəndələrinin suallarını cavablandıracaq.
Qeyd edək ki, bu ilin sentyabrında transfer olunan yarımmüdafiəçi Rusiyanın “Spartak-Nalçik” (2012-2013), “Spartak” (Kostroma, 2013), “Zvezda” (Ryazan, 2013), “Torpedo” (Moskva, 2014-2015), “Terek” (2015-2017), “Rostov” (2017-2019), “Tosno” (2017-2018), “Arsenal” (Tula, 2018-2019), “Spartak” (Moskva, 2019-2022) və “Ximki” (2020-2023) klublarında çıxış edib. 2017/18 mövsümündə “Tosno” ilə Rusiya kubokunun qalibi olan Mirzov 2018/19 mövsümündə ölkə çempionatının 33 ən yaxşı futbolçusu siyahısına düşüb.
Tövsiyə olunur
-
Yens Anderssonla qarşılıqlı razılıq əsasında yollar ayrıldı
Klub 18 sentyabr 2024, 17:57 -
SOCAR – 32
Klub 13 sentyabr 2024, 09:30 -
Qadın futbolçulardan ibarət komandamız ÇL-də mübarizəni dayandırdı
Klub 7 sentyabr 2024, 21:00 -
“Neftçi” PFK ilə “Rahat” brendi arasında sponsorluq müqaviləsi imzalanıb
Klub 5 sentyabr 2024, 19:00