“Neftçi-2”nin ikinci məğlubiyyəti

12 noyabr 2023, 20:13

“Neftçi-2” bu mövsüm Əvəzedicilər Liqasında ikinci məğlubiyyətini alıb. Komandamız “Sumqayıt-2” ilə 13-cü tur oyununda uduzub – 2:3. “Neftçi” Futbol Mərkəzində keçirilən görüşdə “ağ-qaralar”ın qollarını Fərid Yusifli (14-cü dəqiqə) və İsmayıl Zülfüqarlı (45+4-cü dəqiqə) vurublar. Rəqibin heyətində isə Uğur Cahangirov (33-cü, 82-ci dəqiqələr) və Əjdər Hacılı (35-ci dəqiqə) fərqləniblər.

Qeyd edək ki, 13 matçdan 31 xal toplayan “Neftçi-2” ən yaxın izləyicisi olan “Qəbələ-2”ni 1 xal geridə qoyaraq liderliyini davam etdirir.