“Neftçi” – “Zenit” matçının biletləri satışda!

6 noyabr 2023, 19:00

Noyabrın 18-i saat 21:00-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Zenit” yoldaşlıq oyununun biletləri satışa çıxarılıb. Qiyməti 3 (1B, 2A, 2B, 4A), 5 (3B), 10 (3A) və 20 (VIP) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-fc-zenit/104442

“Neftçi Arena”nın kassalarında isə 1A və 5A sektorlarına olan biletlər (qiyməti 3 AZN) noyabrın 17-də (10:00-dan 18:00-dək) və 18-də (12:00-dan etibarən) satışda olacaq.