“Neftçi-2”nin qələbə seriyasına Qəbələdə son qoyuldu

4 noyabr 2023, 17:42

“Neftçi-2”nin 8 oyunluq qələbə seriyasına son qoyulub. Bu, Əvəzedicilər Liqasının “Qəbələ-2” ilə 12-ci tur oyununda baş verib. Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirilən matç heç-heçə nəticələnib – 1:1. “Neftçi-2”dən Ağadadaş Salyanski (6-cı dəqiqə), “Qəbələ-2”dən isə Bilal İsmayılov (32-ci dəqiqə) fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” 12 oyundan 31 xalla liderliyini davam etdirir.