“Neftçi-2”dən ardıcıl 8-ci qələbə

30 oktyabr 2023, 18:33

“Neftçi-2” Əvəzedicilər Liqasında ardıcıl 8-ci qələbəsini qazanıb. “Ağ-qaralar” 11-ci turda “Sabah-2”ni 2:0 hesabı ilə məğlub edib. “Neftçi” Futbol Mərkəzində baş tutan görüşdə qolları Bahadur Quliyev (9-cu dəqiqə) və Ağadadaş Salyanski (80-ci dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi-2” 11 oyundan 30 xalla liderliyini davam etdirir.