“Neftçi-2” növbəti böyükhesablı qələbəsini qazandı

21 oktyabr 2023, 19:06

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti dəfə böyükhesablı qələbə qazanıb. “Ağ-qaralar” 10-cu turda “Səbail-2”ni 5:1 hesabı ilə məğlub edib. “ASCO Arena”da baş tutan görüşdə Həbib İsmayılov dubla imza atıb (26-cı və 51-ci dəqiqələr). Komandamızın digər qollarını Turan Vəlizadə (22-ci dəqiqə), Ağadadaş Salyanski (57-ci dəqiqə) və Elton Əlibəyli (90+3-cü dəqiqə) vurublar. Rəqibin heyərində isə Elcan Məmmədov (78-ci dəqiqə) fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” 10 oyundan 27 xalla liderliyini davam etdirir.