6 futbolçumuz qadınlardan ibarət milli komandada

21 oktyabr 2023, 16:00

Millətlər Liqası çərçivəsində oktyabrın 27-də səfərdə Farer adaları, 31-də isə “Dalğa Arena”da Monteneqro yığması ilə qarşılaşacaq qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının iki oyun üçün heyəti açıqlanıb. Bu oyunlara hazırlıq məqsədilə oktyabrın 23-də Farer adalarında təlim-məşq toplanışına başlayacaq millimizə “Neftçi” PFK-nın 6 üzvü – Günay İsmayılova, Manə Mollayeva, Coşqunə Əliyeva, Firəngiz Teymurova, Milana Rəhimova və Aysun Əliyeva dəvət olunub.