Müstəqilliyimizin Bərpası Günü mübarək!
Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd olunur. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilib. 18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir.
Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.
Müstəqilliyimizin Bərpası Günü mübarək!
Tövsiyə olunur
-
Doğum gününüz mübarək, cənab Prezident!
Klub 24 dekabr 2024, 00:00 -
Ümummilli Lider Heydər Əliyevin anım günüdür
Klub 12 dekabr 2024, 00:00 -
“Neftçi” PFK “MatchWornShirt” ilə əməkdaşlığa başlayır!
Klub 6 dekabr 2024, 18:49 -
Olimpiya çempionu Hidayət Heydərov “Neftçi” Futbol Mərkəzində
Klub 29 noyabr 2024, 16:38