U-17 milli komandasının ilkin heyəti açıqlanıb

10 oktyabr 2023, 12:06

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiyada keçirəcək oyunlar üçün ilkin heyəti açıqlanıb. Bu heyətə “Neftçi” PFK-nın üzvləri – Röyal Fərzullazadə və Əli Nəbizadə dəvət olunublar.

Millimiz seçmə mərhələyə hazırlıq məqsədilə oktyabrın 11-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Bakı toplanışından sonra Serbiyaya gedəcək yekun heyət müəyyənləşəcək.