“Neftçi”nin 4 üzvü Şimali İrlandiya və Lüksemburq yığmalarına qarşı

9 oktyabr 2023, 12:30

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Şimali İrlandiya, 17-də isə Lüksemburq yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. U-21-ə “Neftçi”dən 4 futbolçu – Rza Cəfərov, Fərid Yusifli, Ağadadaş Salyanski və Hüseyn Babayev dəvət olunub. Hər iki oyun “Azersun Arena”da keçiriləcək və saat 18:00-da başlanacaq.