“Neftçi-2” ardıcıl 6-cı qələbəsini qazandı

7 oktyabr 2023, 21:45

“Neftçi-2” Əvəzedicilər Liqasında ardıcıl 6-cı qələbəsini qazanıb. “Ağ-qaralar” 9-cu turda “Qarabağ-2”ni 5:1 hesabı ilə məğlub edib. “Neftçi” Futbol Mərkəzində baş tutan görüşdə Ağadadaş Salyanski dubla imza atıb (28-ci və 47-ci dəqiqələr). Komandamızın digər qollarını Hüseyn Babayev (12-ci dəqiqə), İbrahim Novruzov (62-ci dəqiqə) və Cavanşir Şahbazlı (90+1-ci dəqiqə) vurublar. Rəqibin heyərində isə Musa Musazadə (36-cı dəqiqə) fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” 9 oyundan 24 xalla liderliyini davam etdirir.