“Neftçi-2”dən 8:0 hesablı səfər qələbəsi

2 oktyabr 2023, 12:57

“Neftçi-2” Əvəzedicilər Liqasında böyükhesablı qələbə qazanıb. “Ağ-qaralar” 8-ci turda “Turan-Tovuz-2”yə 8:0 hesabı ilə qalib. Tovuz şəhər stadionunda baş tutan görüşdə Murad Məmmədov dubla imza atıb. Digər qolları Rüfət Abbasov, David Orucov, Ağadadaş Salyanski, Həbib İsmayılov, İbrahim Novruzov və Samir Həsənov vurublar.

Qeyd edək ki, ən yaxın izləyicisini 4 xal geridə qoyan “Neftçi-2” 8 oyundan 21 xalla liderliyini davam etdirir.